00:00:00
Yazar
Admin User
29.09.2025 17:35 87 1 dəq oxuma
Dünya

TBMM Sədri Numan Kurtulmuş Macarıstanda rəsmi görüşlər keçirib

TBMM Sədri Numan Kurtulmuş Macarıstanda rəsmi görüşlər keçirib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtulmuş rəsmi səfərlə Macarıstanın paytaxtı Budapeştədə olub. Səfər çərçivəsində o, Macarıstan Milli Məclisinin Sədri Laszlo Köver ilə bir araya gəlib.

 

Görüş zamanı iki ölkənin parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Kurtulmuş və Köver protokol görüşündən sonra heyətlərarası iclasa keçiblər. Tərəflər arasında ikitərəfli münasibətlərin inkişafı və ortaq layihələr ətrafında fikir mübadiləsi aparılıb.  

 

Numan Kurtulmuş çıxışında Türkiyə ilə Macarıstan arasında strateji əməkdaşlıq münasibətlərini vurğulayıb. O, Macarıstan parlament sədrini 2026-cı ilin aprel ayında İstanbulda keçiriləcək Parlamentlərarası Əməkdaşlıq Təşkilatının (PAB-152) ümumi sessiyasına dəvət edib. Görüş zamanı həmçinin dostluq qruplarının və parlament komissiyalarının daha sıx əməkdaşlıq etməsi üçün addımlar müzakirə olunub. Səfərin iki ölkə arasında qanunvericilik sahəsində təcrübə mübadiləsinə və əlaqələrin güclənməsinə töhfə verməsi gözlənilir.

 

TRT haber 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər