Tekirdağda fabrik yanğını nəzarət altına alınıb
Tekirdağın Ergene rayonundakı fabrikdə baş verən yanğın hadisə yerinə gələn yanğınsöndürmə briqadası tərəfindən nəzarətə götürülüb.
Velimeşe Mütəşəkkil Sənaye Bölgəsində qabyuyan süngər, qab dəsmal, mop və liflərin istehsal edildiyi fabrikdə naməlum səbəbdən yanğın baş verib.
Xəbər verildikdən sonra bölgəyə çoxlu yanğınsöndürən, polis və sağlamlıq qrupları sövq edilib.
Bölgəyə çatan 29 yanğınsöndürmə briqadası ilə yanaşı, Çorlu və Tekirdağ polis şöbələrindən İctimai Hadisə Müdaxilə Vasitələri (TOMA) da alovlara müdaxilə edib.
Tüstüdən təsirlənən 6 işçi təcili yardımla Çorlu Dövlət Xəstəxanasına aparılıb.
Ergene İlçe Baş məmuru Kadir Duman hadisə yerinə gələrək məlumat alıb.
Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarətə götürülüb. Komandaların soyutma işləri davam edir.
Vüqar Alışov
