00:00:00
Yazar
Admin User
17.09.2025 12:53 89 1 dəq oxuma
Dünya

TEKNOFEST İstanbul qapılarını açıb

TEKNOFEST İstanbul qapılarını açıb

Sənaye və Texnologiya Nazirliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin təşəbbüsü ilə keçirilən, TRT-nin Kommunikasiya Tərəfdaşı olduğu TEKNOFEST İstanbul qapılarını açıb.


TRT-nin Kommunikasiya Tərəfdaşı olduğu TEKNOFEST İstanbul, İstanbul Atatürk Hava Limanında yarışmalardan hava şoularına qədər bir çox tədbirlərə ev sahibliyi edəcək.


TEKNOFEST İstanbul, kritik sahələrdə texnoloji inkişafı dəstəkləyən yarışma kateqoriyaları ilə seçilir. 58 əsas, 137 alt kateqoriyada keçiriləcək yarışmalarda ilkin mərhələni keçən komandalar ümumilikdə 85 milyon lirədən artıq maddi dəstək qazanacaq. Yarışmada qalib gələn komandalara isə ümumilikdə 65 milyon lirədən çox mükafat veriləcək.


Festival çərçivəsində keçirilən texnologiya yarışmalarına xəyallarını reallığa çevirmək istəyən 565 mindən çox komanda və 1 milyon 100 min iştirakçı müraciət edib.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər