00:00:00
Yazar
Admin User
05.08.2025 07:16 99 2 dəq oxuma
Dünya

Tesla-dan Elon Mask-a təxminən 29 milyard dollarlıq səhm bonusu

Tesla-dan Elon Mask-a təxminən 29 milyard dollarlıq səhm bonusu

ABŞ-li elektrikli avtomobil istehsalçısı Tesla-nın İdarə Heyəti şirkətin baş direktoru (CEO) Elon Mask-a təxminən 29 milyard dollar dəyərində səhm bonusunun veriləcəyini açıqlayıb.


Tesla-nın İdarə Heyətinin səhmdarlara göndərdiyi məktubda qeyd olunub ki, Mask 2017-ci ildən bu yana heç bir performans ödənişi almayıb.


2018-ci ildə nəzərdə tutulan performans ödənişinin hüquqi əngəllərə görə icra olunmadığı və onun yenidən tətbiqi üçün Delaware məhkəmələrində hüquqi mübarizənin davam etdiyi vurğulanıb. Hüquqi çətinliklərə baxmayaraq, Mask-ın “transformativ və misilsiz bir böyümə təmin etdiyi” fikrində ümumi razılıq olduğu bildirilib.


Məktubda, Mask-a bir “xoş niyyət” ödənişi verilməsinin təklif olunduğu və bunun onun Tesla-da qalmasını təşviq edəcəyinə inanıldığı qeyd olunub.


Səhmdarlara göndərilən məktubda deyilir: “İdarə Heyəti Elon-a 2018-ci il CEO Performans Mükafatı çərçivəsində qazandığı ümumi mükafatın təxminən üçdə birinə bərabər olan məhdud səhm paketinin verilməsi ilə bağlı xüsusi komitənin tövsiyəsini yekdilliklə təsdiqləyib”.


Bu çərçivədə, Mask-a şirkətdə iki il qalması şərti ilə təxminən 29 milyard dollar dəyərində, 96 milyon səhm veriləcəyi bildirilib.


Delaware Məhkəməsinin hakimi Kathaleen McCormick 2024-cü ilin dekabrında Tesla-nın illik səhmdarlar toplantısında təsdiqlənməsinə baxmayaraq, Mask-ın maaş paketinin ləğvi ilə bağlı qərarını təkrarlayıb.


McCormick, bu məbləğin “ağlasığmaz dərəcədə yüksək” olduğunu və “şirkətin idarə heyəti tərəfindən ədalətsiz şəkildə müəyyən edildiyini” əsas gətirərək, təxminən 56 milyard dollar dəyərində olan maaş paketinin ləğvinə yol açıb.


Bu məbləğ Tesla-nın səhm qiymətinə bağlı olduğundan illər ərzində dəyişkənlik göstərib.


TRT HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər