Tesla Elon Musk üçün trilyon dollarlıq təzminat paketi irəli sürüb
Tesla rəhbərliyi Elon Musk üçün onu dünyanın ilk trilyoneri edə biləcək təzminat planı açıqlayıb. Paket yalnız növbəti 10 ildə yüksək performans hədəflərinə çatılacağı halda səhmlər əsasında ödəniləcək. Şirkətin sərvəti hazırda təxminən 1,03 trilyon dollardır, lakin plan çərçivəsində dəyərin əvvəlcə 2 trilyona, sonda isə 8,6 trilyona yüksəldilməsi tələb olunur.
Musk bu paketi qazanmaq üçün Tesla-nın satışlarını artırmalı, ümumilikdə 20 milyon avtomobil təhvil verməli, həmçinin bir milyon robotaksi və bir milyon süni intellekt botunu istifadəyə təqdim etməlidir. Keçən il şirkət 2 milyondan az avtomobil satıb. Noyabrın 6-da səhmdarlar plan barədə səs verəcəklər. Müstəqil direktorlar paketi dəstəkləyib, lakin ekspertlər onu “gülünc dərəcədə böyük ödəniş” adlandırır. Buna baxmayaraq, çoxları səhmdarların təsdiq edəcəyini gözləyir.
All Jazeera
Qəmər Kazımzadə