Təhlükə kimi qəbul ediləcək
ABŞ Prezidenti Donald Tramp, Qətərə ediləcək hər hansı hücumu ABŞ-yə təhdid kimi qəbul edən prezident fərmanını imzalayıb. İsrail 9 sentyabrda Qətərin paytaxtı Dohada Həmas nümayəndə heyətinin yerləşdiyi binaya hücum etmiş, ötən günlərdə isə İsrailin Baş naziri Netanyahu Qətər liderinə zəng edərək üzr istəyib.
Ağ Evin yaydığı yazılı açıqlamada, Trampın imzaladığı fərman ictimaiyyətlə paylaşılıb. Qətərə qarşı xarici hücumların davam edən təhdidləri xatırladılan fərmanda, “ABŞ-nin siyasəti, Qətərin təhlükəsizliyini və ərazi bütövlüyünü xarici hücumlardan qorumaqdır” ifadəsinə yer verilib.
İsrail ordusu, 9 sentyabrda Qətərin paytaxtı Dohada Həmas müzakirə heyətinin yerləşdiyi binaya hərbi təyyarələrlə hücum edib.
Həmasın rəhbər heyətinin xilas olduğu hücumda, Həmasın Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyənin oğlu, həmçinin 4 Həmas üzvü və bir qətərli polis olmaqla ümumilikdə 6 nəfər həlak olub.
İsrailin Baş naziri Benyamin Netanyahu isə 10 sentyabrda verdiyi açıqlamada Qətərə, “Ya onları ölkədən çıxarırsınız, ya da ədalətə təhvil verirsiniz. Əgər bunu etməsəniz, biz edəcəyik” sözləri ilə yeni hücum təhdidində bulunub.
Digər tərəfdən, İsrailin Baş naziri Netanyahu, ötən günlərdə Tramp ilə Ağ Evdə keçirdiyi görüş zamanı Qətərin Baş naziri ilə telefonla danışıb. Netanyahu, hücum səbəbilə Qətər liderindən üzr istəyib.
Haberler.com
Aygün Babayeva