00:00:00
Yazar
Admin User
10.07.2023 05:06 317 1 dəq oxuma
Dünya

Threads "məxfilik" tənqidlərinin hədəfində

Threads "məxfilik" tənqidlərinin hədəfində

Facebook, Instagram və WhatsApp-ın sahibi Metanın Twitter-ə rəqib olan yeni sosial media platforması Threads-in istifadəyə verilməsi “məxfilik” müzakirələrinə səbəb olub.

 

İnformator.az Ensonhaber-ə istinadən xəbər verir ki, meta bu yaxınlarda maraqla gözlənilən yeni sosial media platforması Threads-ı işə salıb. 

 

Jurnalist Maykl Şellenberqer Twitter-də etdiyi açıqlamda Threads-in "faktiki olaraq sıfır məxfilik" siyasətini izlədiyini ifadə edərək, Konqresin ya Meta ilə ziddiyyət təşkil etməli və ya şirkətdən daha şəffaf davranmasını tələb etməli olduğunu qeyd edib.

 

Şellenberqer paylaşımında qeyd edib: "Mark Zuxerberq Twitter kopyası Threads-də istifadəçilərdən pul qazanmaq niyyətində deyil, lakin bu yalandır. Onun biznes modeli bizim məlumatlarımızı reklamçılara satmaqdır."

 

ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşaviri Stefen Miller Twitter hesabında verdiyi açıqlamada aşağıdakı ifadələrdən istifadə edib:

 

"İfadə azadlığınızın senzuraya məruz qalmasını və gizliliyinizin istismar edilməsini istəyirsinizsə, Mark Zuxerberqin proqramı tam sizin üçündür."

 

Mühafizəkar satirik The Babylon Bee jurnalının redaktoru Coel Berri də Twitter-də aşağıdakı ifadələri paylaşıb: "Sizin məlumatlarınızı kəşf edirlər və bəlkə də sizə senzura tətbiq edirlər".

 

Apple məlumatlarına görə, Threads yer, ad, e-poçt, ünvan, telefon nömrəsi, siyasi və ya dini inanclar, cinsi oriyentasiya, maliyyə vəziyyəti, sağlamlıq vəziyyəti, istifadəçilərinin fotoşəkilləri kimi bir çox məlumatlara giriş imkanına malikdir.

 

Məryəm

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər