00:00:00
Yazar
Admin User
05.06.2025 13:55 154 1 dəq oxuma
Sosial

Tibb təhsili olmayan Nihad Aslanovla bağlı

Tibb təhsili olmayan Nihad Aslanovla bağlı

“Mayomed” özəl tibb müəssisəsində tibb təhsili olmayan Nihad Aslanov tərəfindən göstərilən kosmetoloji tibbi xidmətlə bağlı araşdırma aparılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi”ndən bildirilib.

 

Məlumata görə, klinika inzibati qaydada məsuliyyətə cəlb olunub. Aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib və cərimələr tətbiq olunub. Daha sonra klinika tərəfindən Nihad Aslanovun həmin müəssisədə əmək fəaliyyətində olmadığı barədə rəsmi məlumat təqdim edilib.

Yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntusu və Nihad Aslanov barəsində müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər