00:00:00
Yazar
Admin User
06.10.2025 19:24 146 1 dəq oxuma
Dünya

Tibet everest dağında qar fırtınası...

Tibet everest dağında qar fırtınası...

Tibet, Çin oktyabrın 3-də başlayan güclü qar fırtınası nəticəsində Everest dağının şərq yamacında təxminən 1 000 dağçı çətin vəziyyətlə üzləşib. Fırtına yüksək düşərgələrdə yolları bağlayaraq dağçı təxliyəsini çətinləşdirib.

 

Çin dövlət mətbuatının məlumatına görə 350 dağçı təhlükəsiz şəkildə Qudang qəsəbəsinə çatdırılıb ,200 nəfərlə əlaqə saxlanılıb və onların da yaxın zamanda təxliyə ediləcəyi bildirilib. Xilasedicilər və yerli sakinlər çətin hava şəraitində yardım göstərməyə davam edir, bəzi çadırlar qarın ağırlığı altında dağılaraq dağçılara əlavə çətinlik yaradıb.

 

Fırtına səbəbindən Everest Turizm Bölgəsinə giriş müvəqqəti dayandırılıb və bilet satışları da dayandırılıb. Bu addım gələcəkdə baş verə biləcək fırtınalara qarşı hazırlıqlı olmağı hədəfləyir.

 

Ap news

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər