Tiencində İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşü olub
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və Pakistan arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur:
"Bu münasibətlər son vaxtlar yeni mərhələyə qədəm qoyub. Azərbaycan Prezidentinin Pakistan Baş naziri ilə görüşü də iki ölkə arasındakı strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilərək ən yüksək səviyyəyə çatdırılmasına birbaşa təsir göstərə biləcək bir addımdır. Böyük ehtimalla Azərbaycan və Pakistan arasında strateji müttəfiqliyin qarşılıqlı iqtisadi və ticari münasibətlərin inkişafı ilə bağlı xüsusi fəaliyyət prioritetləri mövcuddur və onların daha da inkişafı barədə müəyyən planların qurulduğu heç kimə sirr deyil. Böyük ehtimalla bu görüş Azərbaycanın Pakistanla iqtisadi və ticari münasibətlərini daha da inkişaf etdirilməsinə birbaşa təsir göstərə bilər. Eyni zamanda Azərbaycan-Pakistan hərbi sənaye kompleksinin istehsalı olan müasir hərbi texnika ilə də maraqlanır və ola bilər ki, bu görüşdə hərbi ticarət mövzusu da müzakirə olunsun. Bu baxımdan Azərbaycan ordusunun gücləndirilməsi və ən müasir silahlarla təchiz olunmasında Pakistanın böyük təsiri ola bilər. Azərbaycan da Pakistan üçün ehtiyacı olan iqtisadi və ticari sahələr üzrə bu prosesə qarşılıq verə bilər. İki ölkə arasında bir çox sahələr üzrə ticarət münasibətləri mövcuddur və hər iki tərəf bu münasibətlərin inkişafında maraqlıdır. Pakistan Azərbaycana dost bir ölkədir və bu ölkə ilə Azərbaycanın münasibətlərində yalnız inkişaf mövzuları ön planda ola bilər".
Fatimə Heydərova