00:00:00
Yazar
Admin User
08.09.2025 18:07 75 1 dəq oxuma
Dünya

Tiflisdə ciddi qarşıdurma

Tiflisdə ciddi qarşıdurma

Tiflisdə hakim “Gürcü Arzusu” və müxalif partiya üzvləri arasında qarşıdurma olub.


"İnformator.az" xəbər verir ki, polis müdaxiləsindən sonra vəziyyət nəzarətə alınıb.

 

Qeyd edək ki, qarşıdurma paytaxt meri Kaxa Kaladzenin qərargahının önündə baş verib.

 

***

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) aksiya iştirakçılarına xəbərdarlıq edib.

 

Nazirlik Tiflisin Melikişvili prospektində keçirilən aksiyanın iştirakçılarını polisin qanuni göstərişlərinə əməl etməyə çağırıb.

 

Qurumun açıqlamasında qeyd olunur ki, vəziyyətin süni şəkildə gərginləşdirilməsinə yol verilməməlidir, əks halda hüquq-mühafizə orqanları qanunla nəzərdə tutulmuş tədbirlər görəcək.


Nazirlik bildirib ki, vətəndaşlar arasında qarşıdurma başlayandan dərhal sonra polis vəziyyəti nəzarətə götürüb və münaqişənin böyüməsinin qarşısını alıb. Lakin bəzi şəxslərin hələ də ictimai asayişi pozmağa davam etdiyi vurğulanır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər