Time: Demokratlar Trampı İrana görə məhkəməyə verə bilərlər
ABŞ-də Demokrat qanunvericiləri, ölkə Prezidenti Donald Trampın 1 maydan sonra Konqresin təsdiqi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə, ona qarşı məhkəmə iddiası qaldırmaq imkanını araşdırırlar.
"İnformator.az" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Time" jurnalı məlumat yayıb.
1973-cü il tarixli Müharibə Səlahiyyətləri Qətnaməsinə əsasən, ABŞ prezidenti xarici döyüş zonalarına qoşunların yeridilməsindən iki gün ərzində Konqresə məlumat verməlidir və qanunvericilərin razılığı olmadan onlardan 60 gündən çox olmayaraq istifadə edə bilər, zərurət yarandıqda isə müddət 30 gündən çox olmayaraq uzadıla bilər. Əlavə 30 gün isə Amerika qoşunlarının münaqişə zonasından təhlükəsiz şəkildə çıxarılması üçün zəruri olduğu halda verilə bilər.
Nəşrin qeyd etdiyi kimi, Tramp 2 martda Konqresi İrana qarşı hərbi əməliyyatların başlanması barədə rəsmi olaraq məlumatlandırıb, yəni Ağ Ev rəhbərinin əməliyyatı 1 maya qədər qanunvericilik təsdiqi olmadan davam etdirmək seçimi var.