00:00:00
Yazar
Admin User
10.10.2025 14:48 109 2 dəq oxuma
Siyasət

Təklif gəlib: Rusiyaya savaş elan edin

Təklif gəlib: Rusiyaya savaş elan edin

“Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bildirib ki, 2022-ci ildə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Qərb ölkələrindən birinin səfiri Gürcüstana Rusiya ilə müharibəyə başlamağı, 10 gün dözməyi, sonra partizan müharibəsinə keçməyi təklif edib.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bununla Gürcüstan hakimiyyəti Qərbə qarşı ənənəvi siyasətini davam etdirir:

 

 

“Gürcü arzusu- Demokratik Gürcüstan” partiyasının baş katibi və Tiflis meri Kaxa Kaladzenin bu açıqlaması yeni deyil. Demək olar ki, keçən il Gürcüstanda keçirilən sonuncu parlament seçkilərindən sonra Gürcüstanla Qərb dövlətləri arasında münasibətlərin gərginləşməsi fonunda bu məlumat əvvəllər də ictimaiyyətə təqdim olunub. Yenə də dəqiq konkret ünvan göstərmədən Gürcüstan hakimiyyəti Qərbi onu Rusiya ilə müharibəyə cəlb etməkdə ittiham edir. Sözün açığı, konkret ünvanın göstərilməməsi təhdid də ola bilər və yaxud dəqiq məlumatın verilməməsi hələlik Qərblə münasibətləri korlamaq istəməyən Gürcüstan hakimiyyətinin körpüləri sona qədər yandırmamaq istəyi də ola bilər. Amma bütün hallarda Qərbi bu məsələdə ittiham edən hakimiyyət məsələyə aydınlıq gətirməlidir ki, yenidən Qərb ilə münasibətlər normallaşarsa, belə bir təklif olub, ya bu, qeyri-dəqiq məlumatdır. Düşünürəm ki, bu gün Gürcüstan hakimiyyəti ilə Qərbin münasibətlərinin gərginləşməsində heç də bu açıqlama yeni və önəmli bir rol oynamayacaq. Çünki Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı məsələsinin dayandırılması, Gürcüstan hakimiyyəti ilə Qərb arasında kifayət qədər etimadsızlıq münasibətlərinin olması fonunda bu, o qədər də ciddi açıqlama deyil və bu açıqlamanın bu gün yenidən verilməsi də təsadüf deyil. Bildiyimiz kimi, oktyabrın dördündə Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilib və bu seçkilər nəticəsində “Gürcü arzusu- Demokratik Gürcüstan” partiyasının qalib gəlməsini Qərb ölkələri seçki nəticələrinin saxtalaşdırılması kontekstindən qiymətləndirərək, nəticələri qeyri-legitim adlandırdığı üçün yenidən Gürcüstan hakimiyyəti də Qərbə qarşı ənənəvi siyasətini davam etdirir. Bu məsələ Qərb-Gürcüstan münasibətlərinin korlanmasında yeni mərhələ deyil. Mövcud mərhələnin yenidən təkrarlanmasıdır”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər