00:00:00
Yazar
Admin User
09.07.2025 13:55 157 1 dəq oxuma
Sosial

Tələbələrin köçürülməsi prosesinə start verilir

Tələbələrin köçürülməsi prosesinə start verilir

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Qeyd edilib ki, elektron müraciətlərin qəbulu iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra sistemə daxil olub elektron müraciət formasını doldurmalı və təsdiq etməlidirlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər