Təmir işləri ilə əlaqədar Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir
Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gün Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.
Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf-a verilən məlumata görə, saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur.
Əlavə olaraq, təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamaları xahiş olunub.