00:00:00
Yazar
Elmira Ağayeva
24.04.2026 21:23 27 2 dəq oxuma
Siyasət

Tofiq Musayev BMT-nin barışıq sazişləri haqqında Konvensiyanı imzalayıb

 

Tofiq Musayev BMT-nin barışıq sazişləri haqqında Konvensiyanı imzalayıb

Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev Nyu-Yorkda BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edərək, 20 dekabr 2018-ci ildə qəbul olunmuş “Mediasiya nəticəsində əldə edilmiş beynəlxalq barışıq sazişləri haqqında BMT Konvensiyası”nı Azərbaycan Respublikası adından imzalayıb. Bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.

 

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “İnformator.az”a açıqlamasında bildirib ki, sözügedən Konvensiyanın əsas məqsədi beynəlxalq kommersiya mübahisələrinin həlli üsulu kimi mediasiyanın istifadəsini təmin etməkdir.

 

 

Onun sözlərinə görə, sənəd eyni zamanda barışıq sazişləri üzrə icra mexanizmlərinin müəyyən olunmasını da nəzərdə tutur. Ümumilikdə Konvensiya mediasiya ilə bağlı əsas prinsipləri, tətbiq sahəsini, eləcə də mediasiya yolu ilə əldə olunmuş sazişlərin icra mexanizmlərini əhatə edir.

 

 

Deputat qeyd edib ki, bu sənəd beynəlxalq ticarətin asanlaşdırılmasında və mübahisələrin alternativ və effektiv üsulla həllində mühüm rol oynayır. Konvensiya mediasiya nəticəsində bağlanmış barışıq sazişlərinin xarici ölkələrdə sadələşdirilmiş qaydada tanınması və icrasını təmin edir.

 

 

Bildirilib ki, Konvensiya ədalət mühakiməsinə çıxışı və qanunun aliliyini gücləndirməyə kömək edir, eyni zamanda transmilli mübahisələrin mediasiya yolu ilə həllinə etibarı artırır.

 

 

Qeyd edək ki, sənəd ABŞ, Belarus, Gürcüstan, Türkiyə, Hindistan, Çin, Ukrayna, İran və İsrail də daxil olmaqla 50-yə yaxın ölkə tərəfindən imzalanıb.

 

 

Deputat əlavə edib ki, mübahisələrin həlli istiqamətində atılan bu addımı uğurlu hesab etmək olar.

 

 

Mələk Hüseynova

#BMT #Siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər