00:00:00
Yazar
Admin User
08.09.2025 07:11 95 1 dəq oxuma
Dünya

Tokayev süni intellekt nazirliyinin yaradılmasını təklif edir

Tokayev süni intellekt nazirliyinin yaradılmasını təklif edir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev süni intellekt nazirliyinin yaradılmasının zəruriliyini bəyan edib.

 

"İnformator.az" xəbər verir ki, K.Tokayev bunu ölkə Parlamentində xalqa müraciətində bildirib.

 

"Nazirliyi baş nazirin müavini səviyyəsində mütəxəssis idarə etməlidir", - o bildirib.

 

Qazaxıstan Prezidenti qeyd edib ki, qurum Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi bazasında yaradılacaq.

 

K.Tokayev, həmçinin qanunsuz aktivlərin qaytarılması üzrə komitənin ləğvi və investorların hüquqlarının müdafiəsi üzrə komitənin yaradılması barədə planları açıqlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər