Toyda öldürülən gənc qızın son görüntüləri üzə çıxıb
İstanbulda şadlıq sarayında onu rədd edən Kader İrgöreni öldürən Ahmet Taşan eyni silahla intihara cəhd edib. Həmin şəxs müalicə olunarkən halay rəqsi edərkən həyatını itirən gənc qızın son görüntüləri ortaya çıxıb.
Sultanbəylidə şadlıq sarayında halay rəqsi edərkən Ahmet Taşan tərəfindən vurularaq öldürülən 19 yaşlı Kader İrgörenin son görüntüləri ortaya çıxıb.
O, KADERİ ÖLDÜRÜB İNTİHARA CƏHD EDİB
Yanvarın 14-ü bazar günü saat 22:00 radələrində Necip Fazıl səmtindəki Trabzon küçəsində yerləşən şadlıq sarayında dəvət aldığı nişan məclisinə gələn Ahmet Taşan əvvəllər evlənmək istədiyi Kader İrgörenlə görüşüb. Taşan üzərində olan silahla Kader İrgörenə atəş açıb, daha sonra intihara cəhd edib. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.
SON MƏNZİLƏ YOLA SALINDI
İrgören və Taşan sağlamlıq qruplarının göstərdiyi ilk yardımın ardından xəstəxanaya aparılıb. İrgören bütün müdaxilələrə baxmayaraq həyatını itirərkən, Taşanın müalicəsi davam edir. Həyatını itirən İrgören ötən gün göz yaşları içində torpağa tapşırılıb.
SON ANLAR ÜZƏ ÇIXIR
Digər tərəfdən, Kader İrgörenin dəvət olunduğu nişan məclisində halay rəqsi edərkən son görüntüləri ortaya çıxıb. Görüntülərdə Kader İrgörenin qohumları ilə halay rəqsi edərkən o anlar cib telefonunun kamerasına əks olunub.
Vüqar Alışov
