00:00:00
Yazar
Admin User
18.06.2025 17:46 153 1 dəq oxuma
Dünya

Tramp ABŞ-nin İsrailin İrana hücumlarına qoşulmasını nəzərdən keçirir

Tramp ABŞ-nin İsrailin İrana hücumlarına qoşulmasını nəzərdən keçirir

 

Donald Tramp ABŞ-nin İsrailin İrana qarşı hava zərbələrinə qoşulub-qoşulmayacağı ilə bağlı verilən sualı belə cavablandırıb:
“Bəlkə edərəm, bəlkə də etmərəm.”ABŞ prezidenti əlavə edib ki,“Heç kim mənim nə etmək istədiyimi bilmir. Amma bunu deyə bilərəm ki, İranın çox problemi var və danışıqlar aparmaq istəyir".

 


İran bu sözlərə cavab olaraq bildirib ki, “Ağ Evin qapısında diz çöküb yalvarmayacaqlar".
Bundan əvvəl İranın ali rəhbəri Ayətullah Əli Xamenei xəbərdarlıq edib ki, əgər ABŞ İsrailin hücumlarına qoşularsa, bu, “geri dönüşü olmayan zərərə” səbəb ola bilər.
Xamenei həmçinin qeyd edib ki, İran təslim olmayacaq.
Bu arada İsrail hələ də İrana məxsus hədəflərə, o cümlədən daxili təhlükəsizlik qərargahına zərbələr endirdiyini açıqlayıb.
İran isə İsrailin Hayfa şəhərinin sakinlərini şəhəri tərk etməyə çağırıb.


BBC
Asiman Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər