00:00:00
Yazar
Admin User
03.11.2025 04:40 105 1 dəq oxuma
Dünya

Tramp ABŞ-nin nüvə sınaqları keçirəcəyini təsdiqləyib

Tramp ABŞ-nin nüvə sınaqları keçirəcəyini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların nüvə sınaqları keçirəcəyini təsdiqləyib, lakin bunun döyüş başlıqlarının partladılması demək olub-olmadığını dəqiqləşdirməkdən imtina edib.

 

"İnformator.az" xəbər verir ki, ABŞ lideri bu açıqlamanı "CBS News"a müsahibəsində verib.

 

Tramp vurğulayıb ki, ABŞ onun necə işlədiyini görmək üçün nüvə silahlarını sınaqdan keçirməsi lazımdır. O qeyd edib ki, Rusiya sınaqdan keçirdiyini açıqlayıb, Şimali Koreya isə daim nüvə silahlarını sınaqdan keçirir.

 

"İstəmirəm ki, (bu silahları) sınaqdan keçirməyən yeganə ölkə biz olaq", - Tramp deyib.

 

Aparıcı Prezidentdən bunun ABŞ-nin 30 ildən çox müddətdən sonra döyüş başlıqlarının partladılmasına yenidən başlayacağı anlamına gəlib-gəlmədiyini soruşub. "Deyirəm ki, biz də digər ölkələr kimi nüvə silahlarını sınaqdan keçirəcəyik", - Tramp cavab verib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər