Tramp ABŞ-nin təhlükəsizlik təminatları ilə bağlı Ukraynaya kömək etməyə hazır olduğunu deyib
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukrayna üçün təhlükəsizlik təminatlarının təmin edilməsinə kömək etməyə hazır olduğunu bəyan edib.
"İnformator.az" xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz kömək edəcəyik, çünki bizim fikrimizcə, bu, Rusiya-Ukrayna müharibəsinin həllinə nail olmaq üçün zəruri amildir", – deyə Amerika lideri qeyd edib.