00:00:00
Yazar
Admin User
22.09.2025 18:25 68 2 dəq oxuma
Dünya

Tramp administrasiyasından TikTok ilə bağlı açıqlama

Tramp administrasiyasından TikTok ilə bağlı açıqlama

 

ABŞ Prezidenti Donald Tramp bu həftə Çin şirkəti ByteDance-dən TikTok-un ABŞ əməliyyatlarının ayrılmasına dair razılaşmanın 2024-cü ildə qəbul olunmuş qanunun tələblərinə uyğun olduğunu elan edəcək. Ağ Evin rəsmisinin sözlərinə görə, investorlar arasında Oracle və özəl investisiya şirkəti Silver Lake də yer alacaq.

 

ByteDance şirkətdə 20%-dən az paya sahib olacaq, TikTok ABŞ isə həm mövcud, həm də yeni amerikalı və qlobal investorların nəzarətinə keçəcək. İnvestorlar arasında “tanınmış adlar” olacaq və Tramp razılaşmanı qanuni hesab edən icra sərəncamını imzalayacaq.

 

Razılaşmaya əsasən, bütün ABŞ istifadəçilərinin məlumatları Oracle-un idarə etdiyi ABŞ bulud sistemlərində saxlanılacaq. Tramp, investorlar sırasında media maqnatı Lachlan Murdoch, iş adamları Larry Ellison və Michael Dellin də olacağını açıqlayıb.

 

ABŞ rəsmisi əlavə edib ki, Çin hökuməti razılaşmanı təsdiqləyib və əlavə danışıqlar planlaşdırılmır, lakin razılığın qüvvəyə minməsi üçün hər iki tərəfdən sənədləşmə prosesi aparılacaq. Çin səfirliyi hələ ki, məsələ ilə bağlı şərh verməyib.

 

Razılaşmanın dəyərinin bir neçə milyard dollar olduğu bildirilir. ABŞ hökuməti yeni şirkətdə nəzarətçi pay (golden share) və ya idarə heyətində yer almayacaq.

 

 Konqres 2024-cü ildə qəbul etdiyi qanunla TikTok-un yanvar 2025-dək ABŞ-dəki aktivlərinin satılmasını, əks halda platformanın qadağan olunmasını nəzərdə tutub. Tramp isə prosesi uzadaraq investorların cəlb edilməsi və aktivlərin ayrılması üçün vaxt verib. Yeni icra sərəncamı isə 120 günlük əlavə möhlət təqdim edəcək.

 

 Bu, ABŞ və Çin arasında uzunmüddətli gərginlik fonunda danışıqlarda nadir irəliləyiş kimi qiymətləndirilir.

 

Reuters

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər