00:00:00
Yazar
Admin User
10.09.2025 08:50 118 2 dəq oxuma
Siyasət

Tramp Aİ-yə Çin və Hindistana qarşı rüsumları 100% artırmağı təklif edir

Tramp Aİ-yə Çin və Hindistana qarşı rüsumları 100% artırmağı təklif edir

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli üçün Rusiyaya təzyiqi artırmaq məqsədilə Avropa İttifaqını Çin və Hindistana qarşı rüsumları 100% artırmağa çağırıb.


Məsələ ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ artıq böyük qlobal arenada çox təzadlı xətt yürütməyə başlayıb:


“Faktiki olaraq Donald Trampın vəd verdiyi sülh məsələsi 2 istiqamətdə heç bir nəticə vermədi. Bu, Ukrayna qarşıdurmasıdır və İsrail-HƏMAS və eləcə də bütün İslam dünyası ilə bağlı olan münasibətlərdir. Hazırda Tramp çarəsiz görünür, digər tərəfdən də Avropanı yada salır ki, ona dəstək olsun, Rusiya, Çinlə münasibləri kəssinlər, münasibətlərdə problem yaratsınlar.


Böyük ehtimalla tarifləri Hindistanla Çin üçün qaldırmaq rəsmi Vaşinqton artıq Trampın vasitəsilə iqtisadi müharibəni elan edir. Əgər bir halda ki tarifləri qaldırırsa, digər tərəflərdə ya təslim olmalıdırlar, yada ki əks cavablar verməlidirlər. Avropa ilə bağlı Trampın çox soyuq münasibəti var. Bilə-bilə ki Avropanın Amerikaya böyük ehtiyacı var. Avropanın zəifliyindən sui-istifadə edərək enerji resurslarını Amerikadan Avropaya daşısın. Avropa ilə ABŞ arasında həmrəyliyin möhkəmlənməsindən danışmağa yer yoxdur. Əksinə burada etimad mühiti pozulub, Vaşinqtonun yuxarıdan aşağıya baxması həm Avropalıları qıcıqlandırır, həm də göstərir ki, faktiki olaraq onları saymır.


Avropa bərbad vəziyyət olduğundan ABŞ-nin çağırışlarına qulaq asmalı olur. Bu onun yeganə çıxışıdır. Çünki başqa istiqamətlərdə Vaşinqton Avropanı eşitmir. Digər tərəfdən Ukrayna məsələsində də Tramp bildirir ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəm.


Tramp bunu reallaşdırmasa da şüar olaraq bildirir ki, bunu etmək iqtidarındadır. Bəlli olur ki, 40-dan çox dron Polşanın səmasında artıq görünüb. Hər kəs bu haqda danışdığı halda Tramp danışmır. Çünki Rusiya ilə münasibətini korlamaq istəmir. Rusiya ilə bağlı emosional çağırışlar səsləndirir, lakin hərəkətə keçmir. Ona görə də Avropalılar tələb edir ki, Rusiyaya qarşı da 19-cu sanksiyalar paketi tətbiq edilsin.


Hesab edirəm ki, Qərb dünyasının artıq yeni bir tənəzzül dövrü başlayır. Əgər həqiqətən də Qərb qlobal arenada konstruktiv rol oynamaq istəyirsə, dialoq,danışıqlar barədə düşünsün. Son illər Şanxay Əməkdaşlıq Təşkilatının keçmiş zirvə görüşündə bəlli oldu ki, güc mərkəzi Qərbdən Şərqə doğru hərəkətə başlayıb. Burada 2 nəhəng var: Hindistan və Çin
Digər tərəfdən Rusiyanın çox böyük potensialı var. Onlar heç də ABŞ-nin qarşısında heç də gözü kölgəli görünmürlər.


İlk növbədə Qərb özünü xilas etmək istəyirsə, gərək bir qədər özünü mentor siyasətinu dəyişsin, dünyaya sağlam baxışlarla baxsın. Bilsin ki, onun vaxtilə öyündüyü texnoloji üstünlüyü də demək olar ki, heçə enir. Çünki rəqəmsallaşma sahəsində unikal beyinlər təkcə Avropa və Amerikada deyil”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər