00:00:00
Yazar
Güllər Gülhüseynova
30.04.2026 09:14 10 1 dəq oxuma
Dünya

Tramp Almaniyadakı ABŞ hərbi kontingentini azaltmağı düşünür

Tramp Almaniyadakı ABŞ hərbi kontingentini azaltmağı düşünür

ABŞ Prezidenti Donald Tramp Almaniyadakı Amerika hərbi kontingentinin sayının mümkün azaldılması məsələsini öyrəndiyini bildirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" səhifəsində yazıb.

 

"ABŞ Almaniyadakı hərbi kontingentin mümkün azaldılması məsələsini öyrənir. Qərar tezliklə qəbul ediləcək", - Ağ Evin rəhbəri qeyd edib.

 

Bu həftənin əvvəlində Tramp Vaşinqtonun Tehrana münasibətdəki danışıqlar yanaşmasının səmərəsizliyi barədə fikir bildirən Almaniya Kansleri Fridrix Mertsi tənqid edib.

#baki #kontingentini #hərbi #almaniyadakı #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər