Tramp amerikalı generalları bir araya toplayır
Sentyabrın 30-da ABŞ prezidenti Donald Tramp ABŞ-nin yüzlərlə yüksək rütbəli hərbi komandirini Virciniyadakı hərbi bazaya toplayıb.
Tramp çıxışında ordunun əməliyyatları və qlobal problemlər də daxil olmaqla, geniş spektrli məsələlərə toxunub.
"Biz birlikdə döyüşçü ruhunu oyatırıq. Bu ölkəni quran və qazanan ruhdur", - Tramp deyib. Tramp həmçinin iddia edib ki, ölkəsi həm cinayət, həm də immiqrasiyadan qaynaqlanan daxili “müharibə” ilə üz-üzədir. Amerikanın bəzi şəhərlərində Milli Qvardiyanın iştirak etdiyi əməliyyatların əhəmiyyətini vurğulayan Tramp, "Bu da bir müharibədir, içəridən gələn bir müharibədir" deyib.
BBC News
Aytac İbrahimova