00:00:00
Yazar
Admin User
04.09.2025 17:15 103 1 dəq oxuma
Dünya

Tramp Avropa liderlərini “Rusiya neftini almağı dayandırmağa” çağırıb

Tramp Avropa liderlərini “Rusiya neftini almağı dayandırmağa” çağırıb

ABŞ Prezidenti Donald Tramp Avropa liderlərini Rusiyadan neft almağı dayandırmağa çağırıb.Anadolu Agentliyinin Ağ Ev rəsmisindən əldə etdiyi məlumata görə, Fransa Prezidenti Emmanuel Makron və Avropa liderlərinin dəvəti ilə Ukrayna müharibəsi üçün “İstəyənlər Koalisiyası”nın toplantısına Ağ Evdəki ofisindən qatılan Tramp Rusiyanın bir ildə Avropa Birliyinə yanacaq satışından 1,1 milyard avro gəlir əldə etdiyini qeyd edib.


Tramp bəyan edib ki, Avropa müharibəni maliyyələşdirən Rusiya neftini almağı dayandırmalı və Avropa liderləri də Rusiyanın müharibə səylərini maliyyələşdirmək üçün Çinə iqtisadi təzyiq göstərməlidirlər.


TRT Haber
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər