Tramp avropalı müttəfiqləri Rusiya neftini almamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp “könüllülər koalisiyası”nın üzvləri ilə danışıqlarda onlardan Rusiya neftini almağı dayandırmağa çağırıb.
“İnformator.az” “APA”ya istinadla xəbər verir ki, bu barədə “Reuters“ Ağ Ev rəsmisinə istinadən məlumat verib.
Ağ Ev rəsmisinin bildirdiyinə görə, Donald Tramp cümə axşamı günü Avropa liderlərinə bildirib ki, Avropa Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməsinə kömək edən rus neftinin alınmasını dayandırmalıdır.