Tramp: Baqram aviabazası geri qaytarılmasa, nəticələrini görəcəksiniz
Vaşinqton administrasiyası Əfqanıstanın Baqram hava bazasına nəzarəti dərhal ABŞ-ə qaytarmasını istəyir.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, hazırda Əfqanıstanla danışıqlar aparılır:
"Biz tezliklə bazanın geri qaytarılmasını istəyirik. Əgər bunu etməsələr, mənim nə edəcəyimi öyrənəcəksiniz".
Tramp ABŞ-nin Əfqanıstana qoşun yeritməyə hazır olub-olmaması ilə bağlı sualı şərh etməyib və bu barədə danışmayacağını bildirib.