00:00:00
Yazar
Admin User
03.10.2025 17:33 88 1 dəq oxuma
Dünya

Tramp bazar gününə qədər möhlət verib

Tramp bazar gününə qədər möhlət verib

 

BBC-dən Kathryn Armstrong bildirib ki:

"ABŞ Prezidenti Donald Tramp Həmasa Qəzza üçün sülh planını qəbul etməsi üçün ultimatum verib. O, bazar günü Vaşinqton vaxtı ilə saat 18:00-a qədər (22:00 GMT) razılıq olmadıqda “misilsiz cəhənnəm” başlayacağını bildirib.

Plan döyüşlərin dərhal dayandırılmasını, 72 saat ərzində 20 girovun və cəsədlərin azad edilməsini, əvəzində isə yüzlərlə fələstinlinin buraxılmasını nəzərdə tutur. Lakin Həmasın hərbi qanadı razı deyil, Qətərdəki siyasi rəhbərlik isə müəyyən düzəlişlərlə qəbul etməyə meylli olsa da təsir imkanları məhduddur.
Tramp və İsrailin baş naziri Netanyahunun açıqladığı 20 maddəlik plan Həmasın Qəzzada idarəçilikdə rolunun olmamasını, gələcəkdə isə fələstin dövlətinə qapı açılmasını ehtiva edir. Amma Netanyahu sonradan fələstin dövlətinə qarşı çıxdığını bəyan edib.
Əgər Həmas planı qəbul etməsə, Tramp ABŞ-nin İsrailə dəstək verəcəyini və “işi sona çatdıracağını”,- deyib. İsrail ordusunun 2023-cü ilin 7 oktyabr hücumuna cavab olaraq başladığı əməliyyatlarda Qəzzada 66 mindən çox insanın öldüyü bildirilib”.

 

BBC news
Ayşə Natiq qızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər