00:00:00
Yazar
Admin User
08.04.2025 17:43 160 1 dəq oxuma
Dünya

Tramp Çin rəhbərliyindən zəng gözləyir

Tramp Çin rəhbərliyindən zəng gözləyir

TASS xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çin rəhbərliyindən ticarət məsələlərini müzakirə etmək üçün zəng gözlədiyini bildirib.

 

Ağ Ev rəhbəri qeyd edib ki, o, Cənubi Koreya prezidenti vəzifəsini icra edən, Koreya Respublikasının baş naziri Han Deok Su ilə telefon danışığı aparıb və ticarət əməkdaşlığını müzakirə edib.

 

Tramp "Truth Social" platformasında yazıb:

 

“Çin də razılaşma əldə etmək istəyir, amma necə başlayacağını bilmir. Biz onların zəngini gözləyirik. Bu baş verəcək".

 

Aprelin 2-də Tramp 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumu tətbiq ediləcəyini bəyan edib. Rusiya bu siyahıya daxil edilməyib. Çin məhsullarına isə 34 % həcmində tarif müəyyən edilib.

 

Buna cavab olaraq, Çin hakimiyyəti aprelin 10-dan etibarən ABŞ-dən idxal edilən bütün məhsullara 34 % əlavə rüsum tətbiq edəcəklərini açıqlayıb.

 

Tramp bazar ertəsi bildirib ki, əgər Pekin cavab tariflərini ləğv etməsə, ABŞ aprelin 9-dan etibarən Çin mallarına əlavə 50 % rüsum tətbiq edəcək.

 

Mənbə :Caliber

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər