00:00:00
Yazar
Admin User
30.10.2025 07:04 138 1 dəq oxuma
Dünya

Tramp Çinin nüvə tərk-silahı müzakirələrində iştirakını mümkün sayır

Tramp Çinin nüvə tərk-silahı müzakirələrində iştirakını mümkün sayır

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Moskvanın nüvə tərk-silahı məsələlərini müzakirə etdiyini və Çinin də bu prosesə qoşulacağına ümid etdiyini bildirib.

 

"İnformator.az" TASS-a istinadən xəbər verir ki, o, bunu Vaşinqtona yola düşərkən təyyarədə jurnalistlərə bildirib.

 

Nüvə sınaqlarının bərpası qərarının risklərin artmasına səbəb olub-olmayacağı sualına cavab verən Tramp bunu mümkün hesab etmədiyini bildirib.

 

"Mən denuklearizasiya görmək istərdim. ABŞ nüvə silahlarının sayına görə birinci, Rusiya ikinci, Çin isə üçüncü yerdədir. Çin yaxın beş il ərzində bizə çata bilər. Düşünürəm ki, deeskalasiya, denuklearizasiyanın olması əla bir şey olardı. Biz bunu Rusiya ilə bununla bağlı müzakirələr aparırıq və Çin də bu prosesə qoşula bilər", - Tramp qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər