00:00:00
Yazar
Admin User
06.05.2025 20:03 202 1 dəq oxuma
Dünya

Tramp çox mühüm bəyanat verəcəyini vəd edib

Tramp çox mühüm bəyanat verəcəyini vəd edib

 

ABŞ Prezidenti Donald Tramp mayın 8-i və ya 9-u çox vacib mövzu üzrə mühüm və müsbət bəyanat verəcəyini vəd edib.

 

 

“İnformator.az” xəbər verir ki, Birləşmiş Ştatların prezidenti bu vədini Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşdə səsləndirib.

 

O, gələn həftə Yaxın Şərqə işgüzar səfər edəcəyini xatırladaraq bildirib: "Fikrimcə, bunadək çox, çox böyük elan verəcəyik".


Bununla belə, D.Tramp söhbətin nədən getdiyini dəqiqləşdirməyib:

"Bu, uzun illər ərzində müəyyən mövzu, çox vacib mövzu üzrə verilmiş ən mühüm elanlardan biri olacaq".

 

Xatırladaq ki, ABŞ prezidenti mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər etməyi planlaşdırır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər