00:00:00
Yazar
Admin User
14.06.2025 19:46 150 1 dəq oxuma
Dünya

Tramp Formula 1 pilotu olacaq

Tramp Formula 1 pilotu olacaq

ABŞ Prezidenti Donald Tramp Formula 1 üzrə dünya çempionatında test yürüşləri zamanı "Maklaren" komandasının avtomobilinin sükanı arxasında otura bilər.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə jurnalist Jülyen Fabro məlumat verib.

 

O bildirib ki, Tramp gələn həftəsonu Texas ştatının Ostin trasındakı sınaq yürüşü zamanı bacarığını nümayiş etdirəcək.


ABŞ Prezidenti dünya çempionatının altıncı mərhələsi sayılan Mayami Qran Prisinə baş çəkib.


Qeyd edək ki, "Maklaren" Konstruktorlar Kubokunun, komandanın avstraliyalı sürücüsü Oskar Piastri pilotlar sıralamasının lideridir. İkinci yeri isə onun britaniyalı komanda yoldaşı Lando Norris tutur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər