Tramp G7-nin İsrail və İranla bağlı bəyanat layihəsini imzalamaqdan imtina edib
ABŞ prezidenti Donald Tramp G7 ölkələrinin İran və İsrail arasında münaqişə ilə bağlı bəyanat layihəsini imzalamaqdan imtina edib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin açıqlamasında deyilir: "ABŞ rəsmisi bildirib ki, Tramp İsrail-İran münaqişəsinin gərginliyini azaltmağa çağıran bəyanat layihəsini imzalamayacaq".