Tramp hədələyib: Əgər Əfqanıstan bazanı geri verməsə...
Əgər Əfqanıstan hakimiyyəti “Baqram” hərbi bazasının ABŞ-ın nəzarətinə qaytarılmasına razılıq verməsə, Əfqanıstanı pis nəticələr gözləyir.
"İnformator.az" "Axar.az"a istinaden xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Əgər Əfqanıstan “Baqram” aviabazasını onu inşa edənlərə – ABŞ-yə geri qaytarmasa, pis bir şey baş verəcək”, – Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ hökuməti Əfqanıstandakı "Baqram" aviabazasına nəzarəti bərpa etməyə çalışır.