Tramp Hindistan və Çinə 100% rüsum təklif edib
ABŞ Prezidenti Donald Tramp Avropa Birliyinə Hindistan və Çin mallarına 100%-ə qədər rüsumlar qoymağı təklif edib. Məqsəd: bu ölkələri Rusiya neftini almağı dayandırmağa məcbur edərək Rusiyaya iqtisadi təzyiq göstərməkdir.
Trampın bu çağırışı AB və ABŞ rəsmiləri arasında aparılan yüksək səviyyəli danışıqlar zamanı səslənib. ABŞ administrasiyası bildirib ki, əgər AB belə rüsumlar tətbiq edərsə, ABŞ də eyni tədbirləri görməyə hazırdır. Bu addım Trampın əvvəllər tətbiq etdiyi rüsumları daha da sərtləşdirir. Qeyd edək ki, avqust ayında ABŞ artıq Hindistanın Rusiya nefti almasına görə onun mallarına 50% rüsum tətbiq edib. Trampın təklifi ticarət siyasətindən daha çox geosiyasi strategiya məqsədi daşıyır və xüsusilə Rusiya ilə əlaqəli ölkələrə iqtisadi təzyiq göstərməyi hədəfləyir.
The guardian
Bayramlı Zəri