00:00:00
Yazar
Elmira Ağayeva
21.04.2026 20:42 30 1 dəq oxuma
Siyasət

Tramp: "İran atəşkəsi dəfələrlə pozub"

Tramp: "İran atəşkəsi dəfələrlə pozub"

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəsi dəfələrlə pozduğunu iddia edib və daimi atəşkəs danışıqları üçün ABŞ heyətinin İslamabada yola düşəcəyinin gözlənildiyini bildirib. O, Vaşinqtonun danışıqlarda üstün mövqedə olduğunu, İranın isə razılaşmadan başqa seçiminin qalmadığını deyib.

 

Tramp razılaşma əldə olunmasa hərbi əməliyyatların davam edə biləcəyini vurğulayıb və atəşkəsin uzadılmasının gündəmdə olmadığını açıqlayıb. 

 

Qeyd edək ki, 28 fevralda başlayan hücumlardan sonra 8 apreldə atəşkəs elan edilib, 11 aprel danışıqları isə nəticəsiz başa çatıb.

 

 

TRT Haber

Mələk Hüseynova

#ABŞ #İran #Pakistan #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər