00:00:00
Yazar
Admin User
21.09.2025 07:45 96 1 dəq oxuma
Dünya

Tramp Karakası Venesuela vətəndaşlarını qəbul etməyə çağırıb

Tramp Karakası Venesuela vətəndaşlarını qəbul etməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp Venesuela hakimiyyətini ABŞ-dən deportasiya edilən venesuelalı cinayətkarları geri almağa çağırıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb: “Biz Venesuela hakimiyyətinin qəsdən ABŞ-yə göndərdiyi bütün məhbusları və psixiatriya müəssisələrindən insanları dərhal qəbul etməsini istəyirik”.

 

Tramp iddia edib ki, bu Venesuela vətəndaşları minlərlə amerikalını öldürüb və ya onlara zərər verib.

 

ABŞ Prezidenti qeyd edib ki, əgər Karakas onun çağırışlarına məhəl qoymasa, o, “ağılasığmaz dərəcədə yüksək bədəl ödəyəcək".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər