00:00:00
Yazar
Admin User
02.09.2025 08:15 84 1 dəq oxuma
Dünya

Tramp keçmiş vəkili Giulianini medalla təltif edəcək

Tramp keçmiş vəkili Giulianini medalla təltif edəcək

ABŞ prezidenti Donald Tramp keçmiş vəkili və Nyu-York şəhərinin keçmiş meri Rudy Giulianinin ölkənin ən yüksək mülki mükafatı olan "Prezident Azadlıq" medalı ilə təltif ediləcəyini açıqlayıb. Trampın sosial mediada verdiyi açıqlama, bu yaxınlarda avtomobil qəzasında yaralanan 81 yaşlı Giulianinin səhhəti ilə bağlı inkişaflardan sonra verilib.


“Truth Social” səhifəsində yazıb ki, Tramp “Birləşmiş Ştatların prezidenti kimi, Nyu-York şəhərinin tarixinin ən böyük meri və böyük amerikalı vətənpərvər Rudy Giulianinin millətimizin ən yüksək mülki mükafatı olan "Prezident Azadlıq" medalını alacağını elan etməkdən məmnunam”,- dedi.


Prezident Tramp bildirib ki, Giulianinin "Prezident Azadlıq" medalı ilə təltif olunacağı mərasimin təfərrüatları daha sonra açıqlanacaq.


Mükafatla bağlı elan Giuliani şənbə günü gecə Nyu-Hempşirdə avtomobil qəzasına düşməsindən sonra verilib. 81 yaşlı Giuliani avtomobilinin toqquşması nəticəsində xəstəxanaya yerləşdirilib.


Giulianinin təhlükəsizlik rəisi Maykl Raqusa bildirib ki, keçmiş bələdiyyə sədrinə "sinə fəqərəsinin sınığı, çoxsaylı kəsiklər, əzilmələr və sol qol və ayağında xəsarətlər" diaqnozu qoyulub.


1980-ci illərdə Nyu-Yorkda prokuror kimi şöhrət qazanan Giuliani iki dövr Nyu York şəhərinin meri vəzifəsində çalışıb. O, 2008-ci ildə prezidentliyə namizəd olub və daha sonra Trampın müşaviri olub.


CNN Türk
Piranə Xasiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər