00:00:00
Yazar
Admin User
13.08.2025 14:27 79 1 dəq oxuma
Dünya

Tramp KİV-ləri ittiham edib

Tramp KİV-ləri ittiham edib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə avqustun 15-də Alyaskada keçiriləcək görüşünün ABŞ KİV-ləri tərəfindən işıqlandırılma tərzini tənqid edib.

 

"İnformator.az"xəbər verir ki, Tramp bu barədə “Trump Social” şəbəkəsində yazıb.

 

"Əgər Rusiya ilə sövdələşmə çərçivəsində Moskva və Leninqradı əldə etsəydim, feyk xəbərlər pis sövdələşmə bağladığımı deyərdi", - o yazıb.

 

O, paylaşımında jurnalistlərin "işdən çıxarılmış uğursuzlardan sitat gətirdiyini" bildirib və görüşün ABŞ-də keçiriləcəyinə baxmayaraq, "Putinin artıq qalib gəldiyini" söyləyən prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Boltonu xüsusilə qeyd edib. Tramp vurğulayıb ki, onun fikrincə, ABŞ həmişə qalib gəlir, KİV isə feyk xəbərlər yayır.KİV-ləri korrupsiyada ittiham edən siyasətçi onların "ölkəyə nifrət etdiyini" deyib, lakin bunun onun uğurlarına mane olmayacağına əmin olduğunu söyləyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər