00:00:00
Yazar
Admin User
19.09.2025 11:16 135 1 dəq oxuma
Dünya

Tramp media azadlığını hədəfə alıb

Tramp media azadlığını hədəfə alıb

ABŞ prezidenti Donald Tramp bəzi televiziya kanallarının lisenziyalarının “əlindən alınması” lazım olduğunu bildirib.

 

Bu açıqlama, onun administrasiyasının təzyiqindən sonra ABC telekanalının aparıcı Cimmi Kimmeli müvəqqəti dayandırmasından sonra gəlib. Kimmel ötən həftə Yutah ştatında mühafizəkar influenser Çarli Kırkın qətli ilə bağlı Tramp tərəfdarlarını işarə edib.

 

Aparıcının bu səbəbdən yayımının dayandırılması Tramp administrasiyasının tənqidçilərinin söz azadlığını məhdudlaşdırmağa çalışdığı barədə narahatlıqları gücləndirib. Digər gecə şoularının aparıcıları da məsələyə reaksiya verib. CBS aparıcısı Stiven Kolbert bunu belə şərh edib: “Bu açıq senzurdur. Avtokrat qarşısında bir addım belə geri çəkilmək olmaz.”

 

Tramp isə Böyük Britaniyaya dövlət səfərindən qayıdarkən “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verərək deyib:

 

“Haradasa oxumuşam ki, kanalların 97%-i mənim əleyhimədir. Mən yenə də seçkidə asanlıqla qalib gəldim. Onlar mənə yalnız mənfi təbliğat ediblər. Məncə, onların lisenziyası alınmalıdır.”

 

Banuçiçək Məmmədova

BBC NEWS

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər