00:00:00
Yazar
Admin User
01.11.2025 19:27 113 1 dəq oxuma
Dünya

Tramp məhkəməyə çıxan ilk ABŞ prezidenti ola bilər

Tramp məhkəməyə çıxan ilk ABŞ prezidenti ola bilər

ABŞ Prezidenti Donald Tramp idxal rüsumları ilə bağlı məhkəmə dinləmələrinə qatılsa, Ali Məhkəmənin açıq iclasına qoşulan ilk prezident olacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Tramp əvvəllər tətbiq etdiyi idxal tariflərinin taleyini həll edəcək müzakirələrdə şəxsən iştirak etmək istəyir.

 

Agentlik Ali Məhkəmənin Tarix Cəmiyyətinin nəşrlər üzrə direktoru Kler Kuşmanın fikirlərinə istinadən qeyd edib ki, ABŞ liderinin iclasda iştirak etməsi dəqiq deyil. Çünki onun dinləmələr baş tutan gün Florida ştatının Mayami şəhərində keçiriləcək biznes forumunda çıxışı gözlənilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər