00:00:00
Yazar
Güllər Gülhüseynova
15.03.2026 09:47 9 1 dəq oxuma
Dünya

Tramp neft idxalçısı olan ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə çağırıb

Tramp neft idxalçısı olan ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı vasitəsilə neft alan ölkələr ərazidə gəmiçiliyin təhlükəsizliyinin təminatında iştirak etməlidirlər.

 

"İnformator.az" xəbər verir ki, o, bunu "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

 

Trampın sözlərinə görə, Hörmüz boğazı vasitəsilə neft tədarükündən asılı olan ölkələr ABŞ-nin dəstəyi ilə bu dəniz dəhlizinin təhlükəsizliyinə görə məsuliyyət daşımalıdırlar.

 

ABŞ lideri həmçinin qeyd edib ki, Vaşinqton sabit və təhlükəsiz gəmiçiliyin təminatı üçün bu cür ölkələrlə fəaliyyəti əlaqələndirmək niyyətindədir.

#azərbaycan #ölkələri #təhlükəsizliyini #tramp #etməyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər