Tramp Netanyahu ilə danışıqlarda yeni sülh planını irəli sürəcək
ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar zamanı İsrail-Qəzza müharibəsinə son qoymaq üçün yeni sülh planını irəli sürəcək.
Tramp cümə günü jurnalistlərə deyib ki, razılaşma əldə etmək perspektivlərindən danışıb: "Düşünürəm ki, bizim bir razılaşmamız var". Lakin Netanyahu bazar günü "hələ yekunlaşmadığını", HƏMAS isə təklifin onlara rəsmi olaraq göndərilmədiyini söyləyib.
ABŞ və İsrail mediası tərəfindən dərc edilən planın sızdırılmış nüsxələrinə görə, müqavilə təsdiqləndikdən sonra 48 saat ərzində bütün girovların azad edilməsini nəzərdə tutur. Onlar geri qaytarıldıqdan sonra İsrail ömürlük həbs cəzası çəkən yüzlərlə fələstinli məhbusu azad edəcək.
BBC
Gülcan Salahova