00:00:00
Yazar
Admin User
28.07.2025 13:28 109 1 dəq oxuma
Dünya

Tramp: Netanyahuya HƏMAS-la "fərqli davranmağı" məsləhət görüb

Tramp: Netanyahuya HƏMAS-la "fərqli davranmağı" məsləhət görüb

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahuya HƏMAS-la mübarizədə "fərqli davranmağı" məsləhət gördüyünü bildirib.

 

İnformator.az” “SkyNews”a istinadən xəbər verir ki, Tramp bunu Şotlandiyanın Ternberri qolf klubunda Böyük Britaniyanın Baş naziri Kir Starmerlə danışıqlardan əvvəl bildirib.

 

Tramp HƏMAS-ın "tamamilə dəyişdiyini" və sağ qalan 20-yə yaxın israilli girovu azad etmək, öldürülənlərin meyitlərini qaytarmaq istəmədiyini və bunun son dərəcə ədalətsiz olduğunu deyib. O, həmçinin Qəzza zolağının dərhal ərzaqla təmin edilməsinə çağırıb. "Atəşkəs mümkündür. Müharibəyə son qoymaq lazımdır", - Prezident vurğulayıb

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər