00:00:00
Yazar
Admin User
25.09.2025 06:13 101 1 dəq oxuma
Dünya

Tramp oktyabrda Yaponiyaya səfər etməyi planlayır

Tramp oktyabrda Yaponiyaya səfər etməyi planlayır

ABŞ Prezidenti Donald Tramp bu il oktyabrın sonunda Yaponiyaya səfər etməyi planlaşdırır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, hazırda səfərin dəqiq tarixləri dəqiqləşdirilir. Trampın oktyabrın 31-dən noyabrın 1-dək keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəyi Cənubi Koreyaya gedərkən Yaponiyada dayanacağı gözlənilir.

 

Bu, Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəri olacaq. "Kyodo" qeyd edib ki, Yaponiya oktyabrın sonuna kimi Yeni baş nazir seçəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər