00:00:00
Yazar
Admin User
28.10.2025 20:17 149 2 dəq oxuma
Dünya

Tramp özündən sonra bu şəxsləri prezident görmək istəyir

Tramp özündən sonra bu şəxsləri prezident görmək istəyir

Amerika Prezidenti Donald Tramp 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməyə etiraz etmədiyini bildirib, lakin üçüncü müddətin konstitusiyaya zidd olduğunu nəzərə alaraq, vitse-prezident J.D. Vens və dövlət katibi Marko Rubionu əsas namizədlər hesab edir.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bildirib ki, hər halda Vensin namizədliklərində uzun müddətli çox dayanırlar:

 

“Bir ciddi məsələ var  Markonun bu yolunun, xüsusən də yəhudi camiyəsindən böyük dəstək alması faktorudur. Bu da göstərir ki, əslində Rubionun imkanları indi daha artıqdır. Yeri gəlmişkən, 2008-ci il prezident seçkiləri dönəmində respublikaçılar ‘Güclü Amerika’ şüarı ilə gedirdilər. Dünyanın bütün bölgələrində, təbii ki, Çin əsas rəqib hesab edilməklə digər güclərin hər birinin cəzalandırılması, tabe etdirilməsi və vahid dünya siyasi mərkəzinin formalaşdırılması məqsədində Amerika bir xətt izləyir.

 

Trampizmin əsas ideyası da budur ki, Amerikanın qaytarılması o baxımdan biz 2028-ci ildə Amerikanın Tramp xəttinin davam etməsi nöqteyi-nəzərindən Vens kimi və ya Marko Rubio kimi güclü fiqurlarla getməsini proqnozlaşdırırıq.

 

Vens və Rubio arasındakı müqayisədə Rubionun bir neçə addım öndə olması həm də hibrid vəzifələr daşıması ilə bağlıdır. Çünki həm strateji xəbərlərin, həm də Dövlət Katibliyi kimi mühüm bir institutun rəhbəridir. Eyni zamanda ABŞ-nin yayılma paradiqmaları strategiyalarına rəhbərlik edir. Latin Amerikasında, yəqin ki, Venesuela və Kolumbiyaya qarşı yaxın vaxtlarda açıq silahlı müharibələrin şahidi ola bilərik.

 

Bunların üzərinə gəldikdə, Amerika əleyhinə olan rəqiblərin cəzalandırılması yəni sərt xətt tərəfdarının da əsas təmsilçisidir. Yeri gəlmişkən, yüksələn dinamika üzərində irəliləməkdədir”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər