Tramp-Putin görüşündən irəliləyiş gözləyirəm -
"Vladimir Putin və Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşdə Ukraynadakı münaqişənin həllində irəliləyiş əldə ediləcəyini gözləyirəm".
"İnformator.az" xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
“Ümid edirik ki, avqustun 15-də sıçrayış olacaq. Hər şeydən əvvəl atəşkəs və Ukraynada sülh danışıqlarının mümkünlüyü üçün imkanlar olacaq. Ukraynada münaqişə üç il yarımdır davam edir. Buna son qoymağın vaxtıdır”, - Merz bildirib.