00:00:00
Yazar
Admin User
07.08.2025 07:47 81 1 dəq oxuma
Dünya

Tramp Putinlə iki görüş keçirmək istəyir

Tramp Putinlə iki görüş keçirmək istəyir

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə iki görüş keçirməyi planlaşdırır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Politiko” nəşri mənbələrə istinadla məlumat yayıb.


“Tramp AB liderlərinə Vladimir Putinlə şəxsən görüşmək və sonra Vladimir Zelenski ilə üçtərəfli sammit keçirmək niyyətində olduğunu bildirib. Bu, onu deməyə əsas verir ki, ABŞ prezidenti münaqişəni diplomatiya yolu ilə həll etmək üçün hələ də fürsətin olduğunu görür”, - mənbə bildirib.

 

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər