00:00:00
Yazar
Admin User
13.11.2025 08:56 134 1 dəq oxuma
Dünya

Tramp Putinlə yalnız bu şərtlə görüşə bilər

Tramp Putinlə yalnız bu şərtlə görüşə bilər

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə yalnız bir şərtlə görüşə bilər.

 

“İnformator.az” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

 

“Ukraynadakı müharibənin dayandırılmasına kömək etmək üçün real şans olarsa, Tramp rusiyalı həmkarı ilə yeni bir sammit barədə razılığa gələcək. Hər iki tərəf prezidentlərimizin növbəti görüşünün konkret nəticə verməli olduğu barədə razılığa gəlib, biz bilməliyik ki, müsbət bir nəticə əldə etmək üçün real şans var. Vaşinqton görüş xatirinə görüşlər keçirmək istəmir”, - o bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər